Son zamanlarda ölkə daxilində bir sıra xoşagəlməz hadisələr baş verir. Baş verən bir sıra hadisələr təhlükəsizlik məsələlərini də gündəmə gətirib. Maraqlıdır ki, təhsil ocaqlarında, iaşə obyektlərində fövqəladə halların yaşanmaması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Ednews-a bildirib ki, ölkədə hüquq mühafizə orqanları tərəfindən təhlükəsizlik məsələləri tam şəkildə qorunur. Amma bütün zamanlarda təhlükəsizlik məsələlər həmişə ön planda olub.
”Burada söhbət təkcə fövqaladə hadisələrdən, şəxsin həyat və sağlamlığının təhdidinə deyil, eyni zamanda bütün təhlükələrlə bağlı məsələlərdir. Bu potensial təhlükələrə qarşı istər iş yerləri, istərsə də hər hansı şəxslərin səfərə çıxarkən onlara qarşı olan təhlükələr var. İnsanlar bundan qorunma üsullarını bilməlidirlər. Bu hallara qarşı tədbirlər görülməlidir”.
Ekspert onu da qeyd edib ki, təhlükədən sığortalanmaq kimi bir anlayış yoxdur.
“Sadəcə müəyyən tədbirlər görülməlidir. Bu məsələdə mənəvi, psixoloji cəhətdən hazır olmaq lazımdır. Ona görə də bu məsələlərə ciddi yanaşılmalıdır. Təhlükəsizlik məsələlərinin keyfiyyəti artırılarsa təhlükə riski də azalar. Bu istər rayonda, istərsə də paytaxtda iş yerləri, təhsil ocaqlarına da aiddir”.
O həm də obyektlərin təhlükəsizliyinin artırılması üçün təkliflər də verib.
“Obyektlər güvənliyini təmin etmək üçün hüquq mühafizə orqanları ilə müqavilə bağlaya bilərlər. Eyni zamanda qeyri-dövlət mühafizə fəaliyyəti ilə bağlı məşğul olan müəssisələrlə də əməkdaşlıq edə bilərlər. Heç bir təlim keçməyən güvənlik sistemindənsə hüquq mühafizə orqanları bu işi daha yaxşı icra edə bilərlər. İxtisaslaşmış müəssisələr var ki, bu vasitədən istifadə edirlər. Şirkətlər mühafizəçilərin də bilik və bacarıqlarının artırılmasına səy göstərməlidirlər. Onları davamlı olaraq təlimlərə göndərməlidirlər. Mühafizəçilərin silahsız özünümüdafiə qaydalarını bilməlidirlər. Təhlükə anında necə davranmaları ilə bağlı biliklərinin olması şərtdir”.
Ayan Rzayeva