Xəbər verdiyimiz kimi, Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il mütəmadi olaraq qeyd edilir.
Ednews mina haqqında bilməyimiz olan vacib məlumatları təqdim edir.
Mina sahələrində kiminsə arxasınca getmək təhlükəsizliyi təmin etməyin heç də yaxşı üsulu deyil. Əgər bu və ya digər ərazidə işarələr yoxdursa, bu o demək deyil ki, həmin ərazi təhlükəsizdir.
Tank əleyhinə minanın üzərindən böyük sürətlə keçmək vəziyyətdən çıxış yolu deyil. Minanı ötüb keçmək qeyri-mümkündür.
Mina sahəsində barmaqların ucunda hərəkət etmək əbəsdir. Minaya toxunsanız o dərhal partlayacaq. Minanın üzərinə çıxanda, səs eşidilmir. Mina partlamaq üçün ayağınızı onun üzərindən çəkməyinizi gözləmir.
Vaxtı ilə döyüşlər gedən ərazilər mina və digər partlayıcı sursatlarla çirkləndiyindən olduqca təhlükəlidir! Naməlum əşyalara yaxınlaşmayın, onlara hər hansısa vasitə ilə toxunmağa və tərpətməyə cəhd göstərməyin!
Bəzi insanlarda yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən partlamaz. Bu, fikir doğru deyil, ayağı minaya basdınsa, partlayış baş verəcək. Mina saniyənin onda biri sürəti ilə partlayır. Eləcə də, sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxunduqda, partlayış baş verəcək.
Minaların təhlükə müddəti olmur. Təsəvvür edin ki, İkinci Dünya müharibəsindən qalma və tam yararlı vəziyyətdə olan minalara hələ də rast gəlinir. Zamanla onlar korroziyaya uğradığı üçün daha da həssas və təhlükəli hala gəlirlər.
Oğuz