A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Ednews report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Agentlik yayıb.
Mənbə yazır ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.