“Qədr gecəsi xüsusi duaların oxunduğu gecə deyil?” İlahiyyatçıdan Elşad Mirinin fikirlərinə CAVAB

Cəmiyyət 10:44 13.04.2023

İlahiyyatçı Elşad Mirinin Qədr gecəsi ilə bağlı fikirləri sosial şəbəkələrdə gündəmə çevrilib. Onun birmənalı fikirləri şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib. İlahiyyatçı bildirib ki, Qədr gecəsi özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu şans gecəsi deyil. 

“Bu gecə Quranın nazil olunmağa başladığı gecədir. Qədr gecəsi Quranı anlamağa başladığımız gecədir, yəni qədrini bildiyimiz gecədir. O gecə xüsusi olaraq səhərə qədər oyaq qalmalı olduğumuz gecə deyil. Bu gecədə bəzən insanların Quranı açaraq başlarının üstünə qoyduğunun şahidi oluruq, bunun dinlə heç bir əlaqəsi yoxdur”.

E.Mirinin fikirləri ilə bağlı Ednews-a münasibət bildirən ilahiyyatçı Tural İrfan bildirib ki, Qədr gecəsi Quranın bütövlükdə Peyğəmbərin qəlbinə nazil edildiyi gecədir. 

“Quran Rəcəb ayında Hira mağarasında hissə-hissə enməyə başlayıb. Qədr gecəsində isə tamamilə Quranın ümumi mahiyyəti Peyğəmbərin qəlbinə yeridilib. Bu gecə insanların müqəddəratının Allah tərəfindən təyin edildiyi nəql olunur. Ona görə də insanlar bu gecədə Allaha ibadət etməlidirlər. Yəni normal namaz qılıb, dua etməli, xeyirxah işlər görməlidirlər. Məsələn, Quranı açıb içindən bir neçə surə oxumalıdırlar. Ancaq İran molla sürüsünün uzun müddət ölkəmizdəki mənfur təbliğatı nəticəsində bir çox bidətlər məscidlərimizə qədər gəlib çıxıb. Bunlardan biri də Quranı başa qoymaqdır. Bu da zəncir vurmaq kimi İslam dinində olmayan bir işdir. Sonradan uydurulan ibadətlərə İslamda bidət deyilir. Peyğəmbərdən hədis var ki, dinə bidət gətirənin yeri cəhənnəmdir. Quran insanlara oxumaq üçün nazil edilib, başa, çiyinə, kürəyə qoyulmaq üçün yox”.

T.İrfan həmçinin qeyd edib ki, Quranı başa qoyanların demək olar hamısının kitabın içindən xəbəri yoxdur. Əgər onlar həqiqətən də o kitabı oxumuş olsaydılar bu işi etməzdilər. 

“Quranın ilk ayəsində Allah oxumağı əmr edir. Peyğəmbər zamanında Quran kitab halında deyildi, demək o bu işi etməyib. Səhabələr və imamlar zamanında da Quran kitabları dəriyə yazılır və çox böyük olurdu. Çəkisi 50 kq, 80 kq idi. Bu boyda kitabı da heç kəs başına qoya bilməzdi. Bu ibadət farsların məcusi dinində olub və qədim yəhudilikdən gəlib. Farslar həyatda olduğu kimi, ibadətdə də riyakardırlar. Günahkar olduqları üçün müqəddəratın həll olduğu gecə Quranı başa qoyurlar ki, başqalarına Allah daş yağdırsa daşlar Qurana dəysin. Necə ki, İmam Hüseyni çağırıb sonra da öldürdülər. Onu maraqlarına qalxan etdilər, bu məsələdə də Quranı qalxan edirlər ki, guya Qurana xatir Allah göydən başlarına lənət endirməsin.Ancaq İslamda belə bir ibadət yoxdur. Bu uydurmadır. Ümumiyyətlə kitab oxumaq üçün çap edilir, başa qoymaq üçün yox”.

Sonda ilahiyyatçı vurğulayıb ki, bu cür səhv addımlar və  xurafatları ölkəmizdə İran casusları təbliğ edib yaydılar ki, şiələr sünnilərdən fərqlənsinlər. 

“Çünki sünni dünyasında belə ibadət yoxdur və edilmir. İran rejiminin agentlərinin bir taktikası da məzhəb nifaqı salmaq idi. Bu da o qəbildəndir. Yəni vəhdəti, birliyi pozmaq üçün, ən azı fərqli görkəm yaratmaq üçün edirlər. Hətta əvvəllər Ramazan bayramını da İran İslam dünyasından fərqli gündə elan edirdi ki, sünnilər ilə eyni günə düşməsin”.

Oğuz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı