Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Ednews xəbər verir ki, Xankəndindən gələn BQXK-nə məxsus 8 minik maşını Laçın istiqamətinə maneəsiz keçid edib.
Minik avtomobillərində erməni əsilli sakinlər olub.