Bəzi qurumlar tərəfindən davamiyyəti olmayan işçilərə əməyin ödənişi edilmiş, bəzi hallarda hesablanmış məbləğlər şişirdilmiş, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsait köçürülüb.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatına əsasən uyğunluq auditləri ilə 9,7 mln. manat məbləğində əmək haqqı ilə bağlı maliyyə pozuntuları aşkarlanıb.
Aşkarlanmış pozuntularla bağlı bölgülər aşağıdakı kimidir:
Artıq ştatların saxlanılması - 2,1 mln. manat
Davamiyyəti olmayanlara əməyin ödənişi - 4,2 mln. manat
Hesablanmış məbləğlərin şişirdilməsi və hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsi – 1,5 mln. manat
Dövlət qulluqçusu olmayanlara əsassız ödənişlər - 0,3 mln. manat
Ali təhsili və ya müvafiq ixtisası olmayanların vəzifəyə təyin edilməsi və əməkhaqqının verilməsi – 0,5 mln. manat Məzuniyyət haqları və kompensasiyanın düzgün hesablanmaması- 0,5 mln. manat
Nəzərdə tutulmadığı halda, mükafat və maddi yardımların verilməsi – 0,5 mln. manat Digər nöqsanlar – 0,1 mln. manat