Türkiyəli atletlər Cansu Bektaş və Qamze Altun Prezident və birinci xanımla çəkdirdikləri selfiləri maraqla qarşılanıb.
Ednews xəbər verir ki, atletlər sözügedən fotoları şəxsi "Instagram" hesablarında paylaşıblar.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.