“Əl-Cəzirə” telekanalının media nümayəndələri Qarabağda səfərdədir. Əl-Cəzirə media şəbəkəsinin jurnalistləri ikinci dəfə Şuşadan canlı yayıma çıxıblar.
Ednews xəbər verir ki, media işçilərini Beynəlxalq Avrasiya Mətbuat Fondu müşayiət edib.
Mətbuat Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi, Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycana səfəri və onun həm Azərbaycana, həm də Ermənistana irəli sürdüyü təklifləri işıqlandırılıb.
Əl-Cəzirə Azərbaycanın Ermənistana olan iddialarını, Ermənistanın da Azərbaycana qarşı irəli sürdüyü iddialarını yayımlayıb.
Ednews yayımı təqdim edir: