Müharibə veteranlarının müavinəti 130 manata çatdırılsın - TƏKLİF - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Müharibə veteranlarının müavinəti 130 manata çatdırılsın - TƏKLİF

Cəmiyyət A- A A+
Azərbaycanda müharibə veteranlarına verilən müavinətin 80 manatdan 130 manata çatdırılması təklif olunur.
 
Ednews xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
 
Onun sözlərinə görə, müharibədən sonrakı müddətdə kommunal xərclərin qiymətində müəyyən dəyişikliklər olub: 
 
"I və II Qarabağ müharibəsinin 80 mindən çox veteranı var. Onlar da 80 manat civarında müavinət alır. Həmin məbləğin artırılması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq lazımdır. Heç olmasa, müavinətlərə 50-70 manat məbləğində əlavə olunsun.
 
Müharibə veteranları üçün ayrılan müavinətlər qaza, işığa və nəqliyyata sərf olunur. Həmin müavinət təyin olunandan sonra kommunal xərclərin qiymətləri də dəyişib. Bugünkü 80 manat müavinət də həmin xərclərin ödənilməsini təmin etmir”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...