May ayının əvvəlində Günəşin səthində bir sıra partlayışlar baş verdiyi üçün ayın 8 və 9 - da geomaqnit qasırğa müşahidə olunacaq.
Bu hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər
Bəs geomaqnit qasırğa insanlara necə təsir göstərir? Bu zaman nə etmək lazımdır?
Məsələ ilə bağlı Ednews-a danışan Tibbi elmlər üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə iqlim təlatümləri, meteoroloji hadisələr nəinki insan orqanizminə hətta bütün canlılara təsir edir.
“Meteohəssas insanlar müəyyən fonda qan təzyiqinin hemodinamik göstəricilərin dəyişməsi ilə özünü göstərən xəstələrdir. Onlarda birdən-birə qan təzyiqi ya qalxır, ya da enir, nəbz tezləşir, ürək fəaliyyətində dəyişiklik olur. Bu cür meteohəssas insanlar da təbiət hadisələri səhətində müəyyən iz buraxır. Əsasən qan təzyiqindən, bronxial astmadan əziyyət çəkən, şəkərli diabetli xəstələr bu hadisələrdən əvvəl mütləq şəkildə həkimlə məsləhətləşməli və müvafiq primitiv tədbirlər görməlidirlər. Həmin dövrdə meteohəssas insanlar ev şəraitində, həkim məsləhətinə əməl etsələr daha yaxşı olar”.
Aytac