Azərbaycanda hərracların təşkili hansı yolla aparılır?
Mövzuyla bağlı Ednews-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, müsadirə olunan əmlakların əgər məhkəmə qaydasında qiymətləndirilməsi aparılırsa onların birbaşa icraya göndərildiyini, icra isə əmlakın alqı-satqısının baş tutması üçün hərraclara yönləndirdiyini bildirib. Əgər borclu vətəndaşın əlavə əmlakı icra vasitəsiylə sonradan ortaya çıxırsa hansı ki, məhkəmə qaydasında yönləndirilən hərraca, əmlakın dəyəri, tələb olunan məbləği ödəmirsə və icra onu əlavə əmlaklarını ortaya çıxarırsa, bu zaman icra özü əmlakı qiymətləndirməyə daha sonra isə hərraca yönəldirir.
“Məhkəmə qaydasında əgər əmlak hərracda satılan vaxt öhdəliyini ödəmirsə və icra vasitəsiylə əlavə əmlaklar ortalığa çıxarılırsa onda belə əmlakların qiymətləndirilməsi icranın sifarişi ilə aparılır”.
Banklarda girov qoyulan əmlaklar da vardır. Bu əmlak kredit təminatı olduğu üçün və ödənilmədiyinə görə hərraca çıxarılır. Hərrac qaydasında satılır və dəymiş zərər ödənilir. Əgər tam ödənilibsə artıq qalan hissələr vətəndaşa qaytarılır. Tam ödənilmədiyi təqdirdə qalan hissə üçün vətəndaşın digər əmlaklarına yönəlir.
Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, konkret antik əşyaların hərraca çıxarılması Azərbaycanda yoxdur. Çünki hərrac sahəsi lissenziyalaşdırılmış sahə olduğuna görə hər ölkədə ayrı-ayrı fiziki şəxslər olduğuna görə ölkədə bu cür hərrracların keçirilməsi mümkün deyil.
Rəsm əsərləri müəyyən mədəniyyət abidələrinə və s. aid antik əşyalara Azərbaycanda rast gəlinmir.
Vəfa Ustayeva