SOCAR “Azəriqaz” İB-də “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirildi - FOTOLAR - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

SOCAR “Azəriqaz” İB-də “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirildi - FOTOLAR

Cəmiyyət A- A A+
 
SOCAR “Azəriqaz” İstehsalat Birliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. Ednews xəbər verir ki,  Turnirin açılışında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub. Ulu Öndərin idmana, idmançılara, idmanın inkişafına göstərdiyi qayğıdan söz açılıb. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilən bu yarışda SOCAR “Azəriqaz” İB-nin İdarəetmə Aparatının və Birliyin digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Nazim Əsədov 1-ci yer, Mikayıl Cəbrayılov 2-ci yer, Sərvin Rəcəbli isə 3-cü yer tutublar. Qaliblərə Fəxri Fərman və hədiyyə təqdim olunub.
1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...