Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb.
Ednews Bakı Şəhər Statistika İdarəsinin (BŞSİ) məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artıb.
Rəsmi məlumata görə, hesabat dövründə orta aylıq əməkhaqqı 1083,0 manat təşkil edib.