Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI

Cəmiyyət A- A A+
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb. 
 
Ednews  xəbər verir ki, imzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib. 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib. 
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər. 
 
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...