Dialoqun intensivləşməsi sülhə ümidləri artırır Könül Nurullayeva yazır

Cəmiyyət 12:03 03.06.2023
 
Moldovada, Avropa siyasi birliyinin 2-ci Zirvə Toplantısı  çərçivəsində  keçirilən beştərəfli qeyr-rəsmi görüş tərəfləri sülhə bir qədər də yaxınlaşdırdı deyə bilərik. Ən azından tərəflər bir masa arxasında sülhün şərtlərini bir daha nəzərdən keçirmək imkanı qazandılar. Növbəti ay Brüsseldə baş tutacaq görüş barədə razılığın əldə olunması isə dialoqun intensivliyinin davam etdiyini göstərir. İyula qədər xarici işlər nazirləri Vaşinqtonda bir araya gələcəklər.  Vaşinqtonda əsas danışıqların mövzusunun sülh müqaviləsi olması da prosesin müsbət məcrada davam etdiyini təsdiqləyir.
 
Moldova görüşü beşli formatda baş tutsa da,  Fransa və Almaniyanın iştirakı heç şübhəsiz, qeyri-formal xarakter daşıyırdı. Əslində müzakirələr Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və koordinasiyası ilə üçtərəfli formatda aparılır. Ötən gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə üçtərəfli İşçi Qrupunun 12-ci iclasında da pozitiv notlar müşahidə olunmaqdadır. Tərəflərin  Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə etməsi də sülh istiqamətində növbəti addım hesab olunmalıdır. Görünən budur ki, ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasının modallığının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş müşahidə olunur. Üçtərəfli İşçi Qrupun növbəti görüşlərinə qədər praktik addımların atılması gözləniləndir.
 
Ermənistanın destruktiv mövqeyi ucbatından danışıqlarda bir qədər durğunluq yaransa da dinamika yenidən artmaqdadır. Son bir ayda tərəflərin artıq bir neçə dəfə bir araya gəlməsi sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsi deməkdir və bunu prosesin xeyrinə atılan addım kimi dəyərləndirmək olar. Təbii ki, Ermənistan bundan sonra hər hansı pozucu fəaliyyət sərgiləməsə, proses eyni, hətta artan dinamika ilə də davam edə bilər.
Ümumiyyətlə, müharibənin başa çatmasından ötən müddətdə vəziyyətin necə dəyişdiyini təhlil etsək, Azərbaycanın bölgədə istənilən nəticəni əldə etdiyini əminliklə söyləmək olar. İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçməkdədir. Prezident İlham Əliyevin müstəqillik günündə Laçındakı çıxışı zamanı da söylədiyi kimi, müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib. Bütün azad olunmuş ərazilərimiz kimi Laçın şəhərinin yeni siması, soydaşlarımızın 30 illik həsrətdən sonra öz yurdlarına qayıtması da təbii ki, müstəqilliyimizin nə qədər güclü olduğunu bir daha göstərir. Bu gün biz Ali baş komandanın “doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikrinin real nəticələrini görürük.
 
Laçının azad olunması və buraya qayıdan soydaşlarımızla keçirilən görüşün tarixlərinin də rəmzi mənası var - May ayında Laçın işğal olundu, may ayında laçınlılar Laçına qayıtdılar. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması isə ərazi bütövlüyü məsələsi birdəfəlik həll etdi.  Bir sözlə, bölgədəki reallıqları yaradan Azərbaycandır.
 
Laçına qayıdan soydaşlarımızı da nəzərə almaqla  postmünaqişə dövrü ilə bağlı planlarımızın son addımlığında olduğunu görürük. Bu barədə dövlət başçımız da bəyan edərək son addımın da uğurla atılacağını əminliklə vurğuladı. “İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır”-deyə Prezident İlham Əliyev bir daha bəyan etdi.  Yaranmış reallıq onu deməyə əsas verir ki, sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq. Yəni, mövcud reallıqlar fonunda sülhə daha çox ehtiyacı olan tərəf Ermənistandır. Burada status, xalqların öz müqəddəratını təyinetmə hüququnu ortaya atıb gərginlik yaratmağa ehtiyac yoxdur. Qarabadakı ermənilərə gəlincə, onlar üçün də yeganə yol qaldığını dövlət başçımız bir daha diqqətə çatdırdı - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Dövlət başçımızın bu bəyanatına ABŞ-dan gələn rəsmi reaksiya da gödtərdi ki, beynəlxalq ictimaiyyət də rəsmi Bakının mövqeyilə tamamilə razılaşıb. Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq” söyləməsi təsadüfi sayıla bilməz.  Bu səbəbdən bu reaksiya separatçıların təlaşına səbəb olub. Hətta erməni din xadimləri məsələni din müstəvisinə qaldıraraq, Dövlət Departamentinin bu mövqeyini ciddi tənqid edib. Amma bu ajiotajın proseslərə təsirindən söhbət gedə bilməz.
 
Prezident İlham Əliyevin Laçında verdiyi “mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər” bəyanatını isə sonuncu xəbərdarlıq hesab etmək olar.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı