“Büdcədə müəyyən xərclərin azaldılmasına ehtiyac var”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
“O , qeyd edib ki, ölkəmizdə su təminatı, sosial sahə üzrə problemlər var. Bu problemlərin həllinə vəsait ayırmaq üçün kifayət qədər imkanlar var.
Məsələn, Olimpiya kompleksləri, gənclər evi, səhiyyə müəssələrinə ayrılan xərcləri ixtisar etmək mümkündür. Onların dərhal özəlləşdirilməsi lazımdır ki, sosial sahəyə əlavə vəsait ayırmaq mümkün olsun.
Bundan əlavə, dərman qiymətləri də ciddi şəkildə bahalaşıb və bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür. Dərman bazarının Türkiyəyə inteqrasiyası da mümkün olmadı. Ölkəmizə dərmanlar Banqladeşdən, Hindistandan gətirilir. Qiymətlərsə digər ölkələrdən 7-8 dəfə bahadır”, - deyə deputat əlavə edib.