“I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillər texniki baxışdan keçirilmirdi. Onlar bunu fürsət bilərək yazılan cərimələri ödəməyiblər”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat təklif edib ki, onlara yazılan cərimələr silinsin, daha sonra qanun pozuntusuna yol verilərsə, bu cərimələr tələb edilsin: “İllər ərzində bu cərimələr artıb”.