Türkiyə və Gürcüstanda pandemiya cərimələri qaytarılır, bəs Azərbaycanda? Hüquqşünasdan AÇIQLAMA

Cəmiyyət 10:30 14.06.2023
Türkiyə Konstitusiya Məhkəməsi maraqlı qərar çıxarıb. Məhkəmə koronavirus pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarına cərimə kimi ödədikləri pulların geri qaytarılmasına qərar verib. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına qaytarmağa qərar verən növbəti ölkə qonşu Gürcüstan olub. Bu addım ölkə vətəndaşları tərəfindən siyasi müdriklik aktı kimi qiymətləndirilib.
 
Azərbaycan hökuməti də qardaş Türkiyə və Gürcüstan kimi analoji qərar verə bilərmi?
 
Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı fikirlərini Ednews-a açıqladı. O, “Gürcüstanda bilmirəm bu qərarı kim verib, amma Türkiyədə Konstitusiya Məhkəməsi veribsə, bu, siyasi addım deyil”, - deyə qeyd etdi: “Yəni məhkəmə aktı siyasi akt deyil. Məhkəmə aktı hüquqi aktdır. O, məqsədəuyğunluq baxımından deyil, qanunauyğunluq baxımından qəbul edilib. Düzdür, mən həmin qərarı oxumamışam. Amma məhkəmə qəbul edə bilməz ki, "dünən cərimələmişdik, gəlin bu gün bağışlayaq". Elə qərarı parlament verə bilər. Amma Konstitusiya Məhkəməsi veribsə, deməli, o cərimələrin qanunsuz olduğunu deyib. Bunun başqa izahı yoxdur. 2020-ci ildə, hələ pandemiya dövründə dəfələrlə bildirmişəm ki, bizdə də həmin cərimələr qanunsuzdur. Çünki cərimələr insanlara qarşı tələb edilən məhdudiyyətlərə görə idi. O cür məhdudiyyətlər, insan haqlarının həyata keçirilməsinin məhdudlaşdırılması yalnız ölkədə fövqəladə vəziyyətin elanı əsnasında mümkün ola bilərdi. Amma buna bizdə getmədilər. Bəziləri bunu ictimaiyyətdə  belə izah edirdi ki, fövqəladə vəziyyətdən irəli gələn məhdudiyyətlərə görə dövlət müəyyən kompensasiyalar ödəməli idi. Buna görə də bizdə fövqəladə vəziyyət elan olunmadı. Sırf karantin rejimini Nazirlər Kabineti elan etdi. Amma buna səlahiyyəti yox idi. Yəni bu müstəvidə bizdə şikayət edən olmadı. Bizdə də Konstitusiya Məhkəməsinə məsələ gedib çıxsa, bəlkə olardı. Amma bu da mümkün deyil. Çünki bizim qanunlara görə bu müddət bitib. Yəqin ki, Türkiyədə də Konstitusiya Məhkəməsinə gedib çıxmaq üçün əvvəlki məhkəmə instansiyalarını keçiblər".
 
Bununla belə, ekspert hesab edir ki, məsələ əgər siyasi bir addım kimi bizdə təklif olunarsa, onun əleyhinə olacaq: “Bir növ bu cərimələr bağışlansın, amnistiya edilsin, bunun əleyhinəyəm. Bu zaman belə çıxır ki, cərimələr qanuni idi, sadəcə, dövlət xoşməramlı addım atır və cərimələri qaytarır. Bunun gələcək perspektiv üçün çox mənfi nəticələri ola bilər. Yəni qanuni hesab etdiyimiz hüquq normasına, məhdudiyyətə görə onun pozulmasına görə təqsirkar məsuliyyətə cəlb olunmalıdır. Sonra hamı buna görə bağışlansa, gələcəkdə istənilən məhdudiyyəti də pozanların sayı arta bilər. İnsanlarda belə fikir yaranacaq ki, onsuz sonra bağışlayacaqlar. Bu, insanlarda məsuliyyətsizlik hissinin yaranmasına apara bilər. Bizdə praktikada belə hallar olub. Təqribən 10 il əvvəl Tarif Şurası qərar qəbul etmişdi, Prezident onu ləğv etdi. Bu, xoşməramlı addım oldu, heç o qanun da deyildi, Prezidentin də səlahiyyətində idi. Amma bu insanlarda fikir yaratdı ki, sabah qanunları onsuz da dəyişə bilərlər. Biz bunun nəticəsini 2015-ci ilin fevral devalvasiyasında gördük. Mərkəzi Bank devalvasiya elan etdi və insanlar gözləyirdi ki, Prezident o qərarı ləğv edəcək. Hətta adamlar tanıyıram ki, devalvasiyanın ilk günlərində dollarları daha ucuz satırdı, manat alırdı ki, onsuz da qərar dəyişəcək, mən qazanacağam.
 
Yaxud özəlləşdrmə çekləri 1990-cı ildə buraxılıb, müddəti qısa idi, bir neçə dəfə artırıblar. Artıq 2011-ci ildən qüvvədə deyil. Bəzilərində o çeklərdən qalıb, istifadə etməyiblər, adi vətəndaşda bunlar azdır, əsasən möhtəkirlər vaxtında alıblar, istifadə etməyiblər, indi də deyirlər bunun vaxtını artırın. Müddət artırılmasını tələb edirlər, tarif artırılır, deyirlər tarifi azaldın. Cərimələri silin deyirlər. Bunun nəticəsi çox pis ola bilər. Bizdə onsuz da qanunlara riayət etmə ənənəsi zəifdir. Bunu da bağışlasalar, məsuliyyətsizlik hissi  yaranacaq. Yekun olaraq deyim ki, əgər bizdə pandemiya ilə bağlı,  məhdudiyyətlərlə bağlı cərimələr Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz sayılsa, bu halda cərimələrin qaytarılması məhz hüququn, qanunun ali təntənəsi olardı. Bağışlanması isə yanlışlıq olardı".   

Oğuz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı