İyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə (laqonda) işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində aldığı xəsarətlərdən ölüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Baş prokurorluğun mətbuat xidməti yayıb.
Mənbə yazır ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.