Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.
Bu barədə Ednews-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, bir neçə ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub.
Daha əvvəl isə onun iki uşağı doğuş zamanı ölüb.