İsti yay aylarında yatmazdan əvvəl dondurucuya yastıq və çarşaf örtükləri qoymağa cəhd edə bilərik. Bu sayədə gecələr çarşaflar isinənə qədər bir müddət sərinlik yaşaya bilərsiniz. Gün ərzində corablarınızı çanta ilə dondurucuya ataraq temperaturun təsirini azalda bilərsiniz.
Ednews habertürk-ə istinadən xəbər verir ki, ventilyatorun effektivliyini artırmaq üçün onun qarşısına bir qab buzlu su qoymaq sərin hava axını təmin edə bilər.
Vücudunuzdan nəm çıxaran pambıq pijamaları seçmək daha sərin qalmağınıza kömək edə bilər.
Çarşaflarınızı pambıq, kətan, bambuk kimi nəfəs alan parçalardan seçsəniz daha rahat yata bilərsiniz.
İşıq keçirməyən pərdələrdən istifadə otağınızın istiləşməsinin qarşısını alır, lakin diqqət etməli olduğunuz şey pərdənin işığı əks etdirməsidir, əks halda pərdə istiliyi udacaq və otağınız istiləşə bilər.
İki mərtəbəli evdə yaşayırsınızsa, aşağı mərtəbəni seçin. Və ya şimal istiqamətə baxan otağınız varsa, yayda oraya getməyə cəhd edə bilərsiniz.
Yatmadan əvvəl su içmək gecə tərləmələrinin qarşısını alır. Həmçinin, yatmazdan əvvəl duş almaq sərinləməyə kömək edə bilər.
Aynurə İsmayıl