Bu gün Azərbaycan-Ermənistan sərhədində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının dördüncü iclası keçirilib.
Ednews "news.am" saytına istinadən xəbər verir ki, iclas Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilib.
Tərəflər ölkə rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Onlar, həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.