2023-cü ilin I yarımilində məhkəmələrə 78 şəxs barəsində 72 cinayət işi göndərilib.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2023-cü ilin I yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, istintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.