Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində dənizdə batan iki yeniyetmənin axtarışlarını davam etdirir.
Ednews xəbər verir ki, səhər saatlarından başlanan 16 yaşlı Mehdi Manafovun və 17 yaşlı Rəvan Bəşirovun axtarışları bu dəqiqəyəcən nəticə verməyib.
Meyiti tapılan 15 yaşlı Nemət Əhmədov isə artıq Zarat kənd qəbiristanlığında dəfn edilib.
Nemət Əhmədovun valideynləri əslən Zarat kəndindəndir, ailə Bakıda yaşayır. Nemət bu il Bakı məktəblərinin birində 9-cu sinfi bitirib 10-cu sinfə keçmişdi.