Bakının bir sıra yollarında tıxac yaranıb.
Ednews xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.