Qazaxda bıçaqlanama hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verib.
Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.