DYP piyadalara MÜRACİƏT ETDİ

Cəmiyyət 12:05 25.08.2023
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. 
 
İdarədən Ednews-a bildirilib ki, yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. 
 
Qeyd edilib ki, bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır. Belə ki, cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. 
 
Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb: 
 
"Təəssüf ki, hələ də yeraltı, yerüstü, eləcə də eynisəviyyəli piyada keçidlərinin yaxınlığında piyadaların vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir. Hansısa yol sahəsində piyada keçidlərinin olmaması barədə haqlı narazılıqlar səsləndirildiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin istifadəsiz qalması deməyə əsas verir ki, piyadaların təhlükəsizliyi məsələsi hərəkətin təşkili, infrastruktur və digər amillərə yanaşı, həm də onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə bağlıdır". 
 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edib. 
Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Səfərbərlik Xidmətinin bəzi əməkdaşları təltif olundu
15:30 13.02.2025
Samir Şərifova daha bir vəzifə verildi
15:28 13.02.2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq
15:26 13.02.2025
Tramp "Şimal-Cənub" dəhlizini bloklayır
15:21 13.02.2025
AKP "Qəzza Türkiyəyə birləşməlidir" fikrinə münasibət bildirdi
15:11 13.02.2025
Teymur Rəcəbov Azərbaycan çempionatında mübarizəni dayandırdı
14:25 13.02.2025
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır?
14:04 13.02.2025
Rəsmi Moskva ABŞ ilə danışıqların aparmaq üçün qrup yaradır
13:30 13.02.2025
"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır
12:49 13.02.2025
İlyas Yalçıntaş cərimələndi
12:37 13.02.2025
"Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur"
12:08 13.02.2025
"ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
12:07 13.02.2025
HPV peyvəndi pulsuz olacaq
11:46 13.02.2025
"Qalatasaray" - "Fənərbağça" görüşünü əcnəbi hakim idarə edəcək
11:38 13.02.2025
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
11:31 13.02.2025
Tramp Kiyevsiz sülh planı hazırlayır?
10:54 13.02.2025
Keçmiş nazir axtarışa verildi
09:33 13.02.2025
"Onların hamısını alaq otu kimi məhv etmək lazımdır"
09:01 13.02.2025
Belarus səmalarında naməlum PUA-lar uçuşur
07:22 13.02.2025
Süni intellekt həyatımızı alt-üst edəcək?
06:02 13.02.2025
"ABŞ Quantanamonu geri qaytarmalıdır"
05:36 13.02.2025
"Qudison Park"-da Mersisayd dramı
01:46 13.02.2025
Lars fon Trier xəstəxanaya yerləşdirildi
00:42 13.02.2025
Mondi Trampla görüşəcək
00:06 13.02.2025
"ABŞ Rusiyanı rəqib kimi görür"
22:02 12.02.2025
Ukraynanın Milli Təhlükəsizlik Şurası Poroşenkoya sanksiyalar tətbiq etdi
21:16 12.02.2025
"Alüminium bahalaşsa, plastik butulkalara keçəcəyik"
19:07 12.02.2025
Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı oldu
18:13 12.02.2025
Aİ “missiyası” növbəti dəfə Ermənistan-Azərbaycan sərhədində müşahidə aparıb
18:02 12.02.2025
"Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb"
17:35 12.02.2025
"Son beş ildə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı 3,3 dəfə artıb"
17:12 12.02.2025
"Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır"
17:09 12.02.2025
"Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq"
17:04 12.02.2025
"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"
16:53 12.02.2025
"ABŞ İsraili İrana hücum etməyə təhrik edir"
16:29 12.02.2025
Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiya ilə əməkdaşlığa görə saxlanıldı
15:13 12.02.2025
Rusiya Sudanda Hərbi Dəniz Bazası quracaq
14:23 12.02.2025
"Qəzza Türkiyə muxtariyyəti olmalıdır"
13:54 12.02.2025
Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi
13:45 12.02.2025
"Azərbaycan bizə dəstəyi əməldə göstərib"
13:41 12.02.2025
Hamısı