İstanbulun Maltəpə rayonunda meşədə baş verən yanğın həm yerdən, həm də havadan söndürülür.
Ednews İstanbul Regional Meşə İdarəsinə istinadən xəbər verir ki, hadisə yerinə 11 yanğınsöndürən, 2 çevik reaksiya maşını, 2 buldozer və 70 canlı qüvvə göndərilib.
Mənbə yazır ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Yanğının səbəbi hələ də müəyyən edilməyib.