Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində müvafiq işlər görülür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ednews-a bildirilib ki, bu məqsədlə piyada keçidləri yenidən boyanır, asfalt üzərinə “Yavaş məktəb“ nişanları yazılır.