İsrailin Azərbaycandakı səfiri Corc Dik millət vəkili Qənirə Paşayevanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Ednews xəbər verir ki, səfir bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Azərbaycanın millət vəkili Qənirə Paşayevanı itirdiyimizə görə çox kədərlənirəm. O, Azərbaycanın sevimli qızı və İsrailin əziz dostu idi. İsrail səfirliyinin və şəxsən öz adımdan onun ailəsinə, Milli Məclisə və həyatına toxunduğu hər kəsə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”, - deyə C.Dik bildirib.