Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Ednews xəbər verir ki, xəsarət alanların şəxsiyyəti artıq müəyyənləşib.
Belə ki, qəza nəticəsində Quliyeva Maygül (1972), Quliyeva Şəhla (1996), Quliyeva Sevgi (1994), Quliyev Məqsəd (1996), Qasımov Nurlan (1998), Qasımova İnci (2023), Qəhramanova Həvva (2016), Əhmədov Misir (1969), Əsgərov Xəyal (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.