Hə... necədir, səninçün? - YUNUS OĞUZ yazır

Cəmiyyət 14:58 10.10.2023

Yunus Oğuz

Ziqzaqlar silsiləsindən

Felyeton

Deyirəm çox unikal millətik. Bəziləri sosial şəbəkələrdə elə ağla batmayan fikirlər yürüdür ki, deyirsən bundan düşüncəlisi yoxdur. Sonra görürsən ki, hissə qapılıb. Doxsanıncı illərdə də hiss bizim xalqın başına necə vurmuşdusa, yeni doğulan oğlan uşağına Səddam adı qoyurdular. Sonra uşaq böyüdü, gördü ki, bu adam yüz minlərlə adamı (əsasən də türkmənləri) qətlə yetirib, adını dəyişib Ərdoğan qoydu. İndi də HƏMAS-İsrail müharibəsində düşüblər ortalığa, ağıllarına yox, ağızlarına nə gəldi deyirlər. Harda bişdi, harda düşdü bilən yoxdur.

 
Gəlin sizə özümüzdə, içimizdə olan "harda bişdi - harda düşdü"dən danışım. Həm beynəlxalq siyasətdən uzaqlaşarsınız, həm də öz günümüzə ağlayarıq...

Bizdə bir "Azərkitab" vardı, Yasamal parkı ilə üzbəüz yerləşirdi. Tez-tez ora tədbirlərə gedərdik, ziyalılarla görüşərdik, fikir mübadiləsi aparardıq. Sonra nəsə oldu, rəhmətlik Sabir müəllimin "Azərkitab"ını atdılar Gənclikdə qaranlıq bir dalana, yəni demək istədilər ki, kitab oxumaq elə qaranlıq dalanda olar. Atalarımız məgər kitabları şam işığında oxumayıblar? Şəxsən mən kitabları gecələr "Ceyran" sobasının işığında, gözlərimə zülm verə-verə oxumuşam.

Əlqərəz, bir gün o parkın yanından keçəndə gördüm ki, bu "Azərkitab"ın yerində nə olsa yaxsıdır? Heç ağlınıza gəlməz, amma deyim: "Beynəlxalq it hospitalı". Bu hospitalın yiyələri gül dərib, gülab çəkiblər. Üzbəüz park. Hospitala it gətirənlər, əvvəlcə parkda, otun üstündə itlərini gəzdirirlər, otun üstünə "qıqı" elətdirib, sonra aparırlar itlərin hospitalına. Bundan sonra gəl cocuqları bu otun üstündə gəzdir. Hə... necədir səninçün?

O gün qəzet almaqdan gəlirəm. Maşallah, bizdə küçə ticarətinin əlindən tərpənmək olmur. Kim nə gəldi satır, kim nə gəldi alır. Genetik modifikasiya olunmuş ərzaqlar baş alıb gedir. Heç kim də buna fikir vermir. Qarşımda molla geyimli, başında molla papağı (mən belə hesab etdim) olan biri əlində təsbeh şaqqıldadaraq gedir. Hərdən də əlini üzünə aparıb salavat çəkir. Adam meyvə satılan cərgədə dayanıb barmağını əriyə uzadaraq soruşdu:

-Bu "abrikos" neçiyədir?

Pah, mənim  şaqqanaq çəkib gülməyimi görəydiniz. Hamı dönüb mənə tərəf baxdı. Fikirləşdilər ki, dəli olmuşam. Qarşımda duran molla da mənə təəccüblə baxdı.

"Nə olub? - Deyə soruşdu.

Gülüşümü kəsib cavab verdim:

-Heç, ölümüzlə bir dildə danışırıq, dirimizlə başqa dildə.

Molla gözlərini bərəltdi:

-Heç nə başa düşmədim.

-Ay kişi, nəyi başa düşmədin? Əyninin geyiminə bax, əriyə "abrikos" deməyinə bax. Heç, yəqin ki, ərəbcə "abrikos" necə adlanır, onu da bilməyəcəksən. Deyəcəksən ki, onlarda ərik bitmədiyinə görə bu ad yoxdur.

Bu dəfə satıcı şaqqanaq çəkdi. Molla gördü ki, bunu təkərə salmışıq, əlini yelləyə-yelləyə bizdən uzaqlaşdı.

Hə... necədir səninçün?

Keçək "harda bişdi, harda düşdü" dərdimizin o birinə.

Deyirəm bu "COVİD" ölkəmizdən "əskik"olmasın. Nə qədər ki, bu xəstəlik vardı, ehsan yaddan çıxmışdı. On-on beş nəfər qohum yığışıb ölüsünü torpağa tapşırıb, dağılışırdı. Xərcə də düşmürdülər. Elə ki, insanlara sərbəstlik verdilər, ehsan biznesi işə düşdü. Axı bu biznesin də nüfuzlu, hörmətli sahibləri var. Nə etdilər, etmədilər, icazə verdilər. Ölü yiyəsi də ömrünün axırına qədər kredit borclarını qaytarmaqla məşğuldur. Öləndə də bu borc vərəsəlik hüququ kimi bir şeydir. Di, ailə, gəl, bundan canını qurtar.

Bir qərbi azərbaycanlı qohumum var, anası doxsan yaşında rəhmətə getdi. Ruhuna fatihə! Oğlunun başı ehsana, pul axtarmağa necə qarışmışdısa, cənazə yaddan çıxıb, ortalıqda qalmışdı.

Nədir "COVİD"i geri qaytaraq?  O zaman "ehsan biznesi" çökəcək, qəbirstanlıqdan mollalar yoxa çıxacaq. Olmaz, axı onlar da beş-on nəfəri dolandırırlar. Beş-on nəfər ac adam gəlib havayı nəsə yeyirlər. Bu insafsızlıq olar.

Hələ "toy biznesi"ni demirəm. Şadlıq sarayının yiyəsi deyir ki, nə yeyirsən burda ye, özünlə heç nə apara bilməzsən. Niyə? Axı, mən bu yeməklərin pulunu ödəmişəm, sənə nə var? O da cavab verir ki, yesən də bu xiyardır, yeməsən də. Heyf deyildi yüz əlli nəfərlik "COVİD" toyu? Şəxsən mən çox bəyənmişdim. Elə ki, qadağanı aradan götürdülər, yenə də "toy biznesi" çiçəklənməyə başladı. Toya beş yüz nəfər çağırırlar, it yiyəsini tapa bilmir. Hələ mən nişanı demirəm. A kişilər, nişana da dörd yüz nəfər adam çağırarlar? Görmüşük ki, nişana on-on beş nəfər gələr, "Allah xoşbəxt eləsin!" deyib dağılışar. Bu da oldu "nişan biznesi".

Hə... neçədir, səninçün?

O gün Qız Qalasının yanından keçirəm. Ətraf da turistlərlə doludur. Dİqqətimi qoca bir arvadın küçəni süpürməsi çəkdi. Bah, süpürgə də Nuh əyyamından qalma. Bu süpürgələri bir vaxtlar qapılarda satardılar. Biz onlara küçə süpürgəsi deyərdik. Gedib çöldən yığar, sonra küçə-küçə gəzib qışqırardılar: "Süpürgə var, süpürgə". Əsas da odur ki, turistlər bu antikvar süpürgənin yanında durub şəkil çəkdirirdilər, təbii, nənə ilə bir yerdə. Hətta, deyəsən biri nənənin süpürgəsini almaq istədi. Amma nənə heç nə başa düşmədiyindən turist əlini yelləyib gülə-gülə çıxıb getdi. Bu da "süpürgə biznesi". Gör Bakıda nə qədər süpürgə alıb nənələrin silahı edirlər.

Hə... necədir, səninçün?    

Qarşımda bir yük maşını dayanmışdı. Üstündə belə bir sloqan yazılmışdı: "Evinizi daşıyırıq!"

Gülümsəyə-gülümsəyə yaxınlaşıb dedim:

- Evimi daşımaq istəyirəm, amma hündür mərtəbəli binada yaşayıram. Siz evin daşlarını neçə günə söküb daşıya bilərsiniz?

Sürücü çaşqın halda soruşdu:

-Nə daş? Biz daş daşımırıq. Bunun üçün "KAMaz" sifariş ver.

Dedim:

-Axı, maşının üstündə yazmısınız ki, evinizi daşıyırıq.

-Hə də, bəs nə yazılmalıdır?

Cavab verdim:

-Axı, ev daşınmaz əmlak sayılır. Yazmalısınız ki, evinizin əşyalarını daşıyırıq.

Sürücü maşına otura-otura dedi:

-Belə şeyləri mən bilmərəm. - Barmağını yuxarı uzatdı. - Onlar bilirlər.

Bu da bir biznes.

Hə ... neçədir, səninçün?

Deyəsən çox oldu. Birini də yazım, bitirim. Bizdə Elm və Təhsil Nazirliyi var. Əvvəl elm verir, sonra təhsilinə keçirlər. Məntiqlə alınmır. Təhsil almayan kəs necə elmli ola bilər? Ona görə də hamı elm dalınca qaçır, təhsil isə yaddan çıxır. Bu zaman repetitor biznesi işə düşür.

Daha bəsdir, yoruldum.

Hə... necədir, səninçün?

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Hamısı