"Məktəblərin qarşısında şəxsi avtomobillərin dayanma-durmasına qadağa qoyula bilər".
Bunu Ednews-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, məktəblərin qarşısında maşınların sıx dayanması və şagirdlərin hərəkətinə maneə törətməsində əsas məsuliyyət yaxında yerləşməsinə baxmayaraq, uşaqlarını avtomobillə gətirən valideynlərin boynuna düşür: ”Həmin ərazilərdə maşınların dayanmasına qadağa qoyulması qanunvericilikdə öz əksini tapmayıb. Ancaq bu hallar daha da artır. Bununla bağlı şikayətlər daxil olsa, həmin ərazilərdə dayanma-durmanı qadağan edən hər hansı nişan qoyula bilər”.