“Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi - PRO-M-FEX” Layihəsi çərçivəsində “Konflikt Jurnalistikası” mövzusunda təlim seminarı başa çatıb.
Ednews xəbər verir ki, 9-11 oktyabr 2023-cü il tarixlərində Şabranda “Konflikt Jurnalistikası” mövzusunda təlim seminarı keçirilib.
Təlimçilərdən biri konfliktologiya üzrə ixtisaslaşmış, transsərhəd monitorinq və reportajlar üzrə təcrübəli jurnalist Seymur Kazımov, digəri isə Cənubi Afrikadan olan konfliktoloq, Rodos Universitetinin Jurnalistika və Media Araşdırmaları Məktəbinin tədqiqatçısı Peter Endryu du Toit olub. Təlimdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif media qurumlarının əməkdaşları iştirak ediblər. Təlim iştirakçıları arasında Ednews-un əməkdaşı da olub.
Proqram çərçivəsində jurnalistlərə konflikti anlamaq, münaqişənin eskalasiyasının səbəbləri və dinamikasının, qrupların münaqişəyə necə yanaşdığınım müəyyənləşdirilməsi, bunun jurnalistlər üçün əhəmiyyəti, münaqişələrin idarə olunması və həllinə töhfə verməkdə rolları, konflikt jurnalistikasında dəyərlər və perspektivlər və.s kimi mövzular barədə məlumatlar verilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Ülviyyə Şahin