Lənkəranda yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhərində qeydə alınıb.
Belə ki, minik avtomobili Liman şəhər sakini 2009-cu il təvəllüdlü Zəhra Azər qızı Nurəlizadəni vurub. Xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.