“Müəllimlərin çoxu kurrikulumla dərs keçməyi bacarmırlar” – Ekspertdən SƏRT SÖZLƏR

Cəmiyyət 16:35 25.10.2023

Azərbaycan məktəblərində 2008-ci ildən bəri kurrikulum sistemi tətbiq edilir. Haqqında müxtəlif fikirlər olan bu sistem illərdir müəllimlər tərəfindən bir çox halda tənqid olunub. Tətbiq olduğu zamandan şagirdlər və valideynlər tərəfindən narazılıqla qarşılanan bu yeni sistem ölkədə gənclərə nə dərəcədə fayda verib? 


“Yeni təhsil sisteminə keçidin özünü göstərməsi üçün vaxt alması təbii haldır” deyə fikir bildirən təhsil eksperti Elçin Əfəndi Ednews-a bu barədə danışıb.


“Hazırki təhsil sistemi 2008-ci ildən bəri istafadə edilir. Təbii ki, kurrikulum təhsil sisteminin tətbiqində birbaşa effektivlik görülməyib. Bu barədə deyə bilərik ki, yeni təhsil sisteminin təsirini görmək üçün hələ vaxt lazımdır. Nəzərə almaq lazımdır ki, kurrikulum sistemində təhsil almış gənclər hələ ilk dəfə 2019-da dövlət imtahanı veriblər və ali təhsil müəssisələrinə qəbul olublar. Bu il isə bu gənc nəsil artıq ali təhsili bitirib və müəllimlik üzrə oxuyan tələbələr yaxın gələcəkdə məktəblərdə işləməyə başlayacaq. Əslində biz elə bu baş verdikdən sonra kurrikulumun təsirini görməyə başlayacağıq. Nəzərə almaq lazımdır ki, bu müəllimlər özləri də kurrikulum sistemi ilə tədris alıblar və təbii ki, sistemin tətbiqində öz fərqlərini ortaya qoyacaqlar. Ancaq o zaman biz kurrikulum sistemi ilə tanış olacağıq”. 


Valideynlərin məsələ ilə bağlı narazılıqlarının səbəbini ekspert, şagirdlərin məcbur əlavə təlimlərə getmək məcburiyyətində olması ilə əlaqələndirib. 


“Əlbəttə ki, yeni tədris sisteminə keçid adi bir məsələ deyil. Bunun üçün yeni müəllimlik kursları və təlim proqramları qurulmalıdır. Misal üçün, hazırda bəzi məktəblərdə şagirdlərə xarici dilin əlifbasını öyrətmədən birbaşa cümlə qurmağı öyrətməyə çalışırlar. Bu halda təbii ki, valideynlər arasında narazılıq halları yaranır və onlar övladlarını çarəsizlikdən əlavə təlimlərə aparırlar. Görün indi təhsil sistemi necə acınacaqlı vəziyyətdədir ki, hələ ibtidai sinifdən valideynlər şagirdləri əlavə kurs və məşğələlərə göndərmək məcburiyyətində qalırlar. Əvvəl bu hal on və onbirinci siniflərdə baş verirdisə, artıq bu onbir illik tədis boyu baş verir”. 


“SSRİ dövründə təhsil almış müəllimlərdən ibarət kadr kurrikulumu tətbiq etmək iqtidarındadırmı?” sualına cavab olaraq E.Əfəndi vurğulayıb ki, tədris müəssisələrindəki müəllimlərin kurrikulumla dərs keçmək iqtidarında olmadığı açıq şəkildə görünür. 


“Əlbəttə, bu bütün müəllimlərə şamil edilmir, amma bir çoxları bu sistemi özləri də tam qavramayıb. Bu müəllimlər yeni sistemin bir sıra tələblərinə cavab vermir və bu təbii ki, təhsilin keyfiyyətinə təsir edir. Gələcək illərdə kurrikulum nəslinin tədrisdə öyrədici roluna keçdiyi vaxta qədər sistemin faydasından danışmaq olmaz”.


“Orta məktəblərdə kurrikulumun tam şəkildə tətbiqinə mane olan ən böyük çatışmazlıq isə təhsil vəsaitlərinin, kitabların olduqca keyfiyyətsiz olmasıdır. Bu da şagirdlər üçün çox ciddi problemlər yaradır. Kitablarda çoxlu səhvlərin olması təhsil üçün ən böyük təhlükədir. Bu hal şagirdlərdə dərs vəsaitlərinə güvənsizlik yaradır. Hazırki sistem məni heç də qane etmir.
Düşünürəm ki, Sinqapur və ya Yunan modelinə keçsəydik məncə bu daha səmərəli ola bilərdi. Gələcək üçün sadəcə olaraq bunu deyə bilərəm ki, kurrikulum təhsil sistemi öz bəhrəsini, fikrimcə təxmini 2027-ci ildən sonra verəcəkdir. Çünki, ancaq onda sözügedən sistemin yetirmələrinin verdiyi təhsilə şahid olacağıq. Bu zaman tətbiqi olaraq deyə biləcəyik ki, bu sistem bizə fayda verdi ya yox. Ölkədə təhsilin gələcəyi haqqında düşünsək, az öncə qeyd etdiyim nüanslara görə, deyə bilərəm ki, böyük ehtimal indiki vəziyyətdən daha yaxşı olacaqdır”.

Fərid Axundov

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı