Sumqayıtda köhnə düymə zavodunda yanğın baş verib. Yanğın “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi”nin inzibati binasının ikinci mərtəbəsindəki paltardəyişmə otağında başlayıb.
Ednews xəbər verir ki, yanğın zamanı mühafizəçi Xəqani Məmmədov tüstüdən zəhərlənib.
Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.