Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Bəşirov Telman Şahbaba oğlu küçədə dava zamanı bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.