“Laçının mərkəzi küçəsi Bakının “Tarqovu”su kimi olacaq”
Ednews xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü ilə söhbətində "Laçın Abadlıq" ASC-nin direktor müavini Elnur Abdullayev bildirib.
E.Abdullayev vurğulayıb ki, Laçındakı Bayraq meydanı tamamilə fərqli düşünülüb:
“Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu ərazidə açıq hava işğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir. Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat vasitələrinin hərəkəti qadağan olunur.
Belə demək mümkündürsə, bura Bakının “Tarqovi”si kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət mərkəzi yerləşirdi. İşğal dövründə ermənilər onu dağıdıb. Biz onun yerində yeni konsert mərkəzi tikilib. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının yerləşdiyi küçənin yeni adı Ümummilli Lider Heydər Əliyevin adını daşıyacaq".