Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Məmişlər kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobil və “Niva” markalı minik maşını toqquşub.
Qəza zamanı xəsarət alan 3 nəfər - Mirzəyev Elmar, Əliyeva Günel və Muradov Rəsul Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.