Dekabrın 14-də saat 10 radələrində Ümid qəsəbəsində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Daxili İşlər Nazirliyindən Ednews-a verilən məlumata görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.