2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
Ednews xəbər verir ki, bunu Peşə Təmayüllü Siniflər layihəsinin rəhbəri Xanım Şabanova "llkin bacarıqlardan davamlı inkişafa" adlı hesabat tədbirində deyib.
Onun sözlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 592 şagird təhsil alır.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.