“Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1970 nəfərin müayinəsi təşkil edilib”.
Ednews xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB tabeli tibb müəssisələri tərəfindən təmin edilir:
“Böyük Qayıdış" layihəsi çərçivəsində TƏBİB tabeli müəssisələrdə 2022-ci ilin 9 ayında 290 nəfər, 2023-cü ilin 9 ayında 1970 nəfərin müayinəsi təşkil edilib”.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.