2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə informasiya sistemi”ndə “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri - vəkillərə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.
Ednews xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.