Laçında yerləşən 27 saylı Sabunçu ikinci seçki dairəsinin 36 saylı məntəqəsi üzrə seçici siyahısında olan seçicilərin sayı 1378-dir.
Bu barədə Ednews-a BAMF-ın müşahidəçi komandasından məlumat verilib.
Saat 13-ə olan məlumata görə, 600 nəfər seçici iştirak edib. 11 nəfər qeydiyyatdan çıxıb. Hazırda seçki şəffaf, obyektiv şəkildə davam edir. Seçkilərdə kifayət qədər seçici aktivliyi müşahidə edilir. Müşahidəçilər seçki prosesini izləyir. Seçkilərdə əhalinin səs verməsi aktiv şəkildə davam edir. Bütün məntəqələrdə, məntəqə üzvlərinə, seçicilərə və müşahidəçilərə lazımi şərait yaradılıb.
Bundan başqa, beynəlxalq müşahidəçilər ATƏT-in nümayəndələri, Novar Tine (Sloveniya), Kasegger Axel ( Avstriya) seçki prosesini müşahidə ediblər.
Qeyd edək ki, BAMF 21 fərqli şəhər (rayon) olmaqla 31 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirir. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.
Oğuz