ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir.
Ednews xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Bakıdakı səfirliyi öz “Facebook” hesabında paylaşıb.
“Mən və həyat yoldaşım Danuşa gözəl Bakı şəhərini kəşf etməyə davam edirik. Bu yaxınlarda biz Mərkəzi və Qış parkları ətrafında yerləşən gəzməli yerləri görməkdən zövq aldıq”, - deyə səfir qeyd edib.
Səfir, həmçinin paylaşımına Bakıda lentə alınan fotolar da əlavə edib.
Xatırladaq ki, səfir daha əvvəl Ayna Sultanova heykəlini və Atatürk parkını, eləcə də Milli Tarix Muzeyini ziyarət edib.