Azərbaycanda ən çox uzunömürlülərin yaşadığı bölgələrin ADLARI AÇIQLANIB

Cəmiyyət 11:38 02.03.2024

Azərbaycanda ən çox uzunömürlü Qarabağ və Cənub bölgəsində, ən az Abşeron yarımadasında qeydə alınıb. Cənub bölgəsində əldə olunan siyahılarda 90-92 yaşına qədər kişi uzunömürlülər, 94-100 yaşına qədər isə qadın uzunömürlülər liderlik edir. Ölkədə uzunömürlülüyün əsas səbəbləri ekoloji mühit, sakit həyat tərzi, qidalanma, əsasən ağartı məhsulları, övlad-valideyn münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Ednews AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova məlumat verib. İnstitutun direktoru, həmçinin Azərbaycanda herontoloji tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq və s. məsələlər barədə danışıb.

Onun sözlərinə görə, son illərdə institutda qocalma və uzunömürlülüyün molekulyar genetik və fizioloji əsaslarının öyrənilməsi ilə yanaşı, sosial əhəmiyyətli yaş xəstəliklərinin diaqnostikası və profilaktikasına innovativ yanaşmaların işlənməsi istiqamətində də işlər aparılır:

“Hazırda xarici həmkarlarımızla birgə molekulyar tibbin imkanlarından istifadə etməklə qocalma və müxtəlif yaşla bağlı xəstəliklərin diaqnostikası üçün biomarkerlər panelinin işlənib-hazırlanması üzrə tədqiqatlar həyata keçirilir. Bu üsulun köməyilə ilk dəfə olaraq uzunömürlülər də daxil olmaqla müxtəlif yaş qruplarında qocalma biomarkerləri sayılan melatoninin və sirtuin zülallarının səviyyəsi ürək-damar sisteminin statusu ilə əlaqəli araşdırılıb. Bu tədqiqatların nəticələri ürək-damar xəstəliyi olan heriatrik pasiyentlərdə müalicə taktikasının müəyyənləşdirilməsi üçün də əhəmiyyət kəsb edir. Hazırda bu tədqiqatlar davam etdirilir”.

İnstitutun direktoru qeyd edib ki, ekoloji fiziologiya sahəsində müxtəlif mənşəli ətraf mühit faktorlarının, çirkləndiricilərinin fizioloji təsirlərinin tədqiqi, ekoloji statusun monitorinqi üçün innovativ yanaşmaların işlənməsi istiqamətlərində fundamental və tətbiqi əhəmiyyətli işlər planlaşdırılıb:

“Xəzər dənizinin Azərbaycan sahilyanı zonasının ekoloji vəziyyətinin indikator balıq növlərindən istifadə etməklə fizioloji, biokimyəvi və genotoksiki göstəricilər əsasında qiymətləndirilməsi, müvafiq monitorinq metodikalarının işlənməsi üzrə tədqiqatlar həyata keçirilir. Eyni zamanda, toksiki maddələrin, o cümlədən neftin, pestisidlərin və ağır metalların canlı orqanizmlərə təsiri tədqiq edilir. Təbii şəraitdə aparılan tədqiqatlar su ekosistemlərində yaşayan balıqların sağlamlıq statusunun qiymətləndirilməsinə yönəlib və monitorinq xarakteri daşıyır. Eksperimental tədqiqatlarda isə müxtəlif toksiki maddələrin təsiri araşdırılır və pozulmuş funksiyaların farmakoloji korreksiyası imkanları öyrənilir”.

Ulduz Həşimova bildirib ki, neyrofiziologiya sahəsində müasir elmin mühüm problemlərindən biri olan beynin inteqrativ fəaliyyətinin molekulyar əsaslarının öyrənilməsi üzrə tədqiqatlar aparılır. Bu baxımdan uzunmüddətli yaddaşın yaranmasında iştirak edən zülalların tədqiqi, neyronların remodelləşməsi, yeni neyronların yaranması proseslərinin öyrənilməsi çox vacibdir və aparılan eksperimental tədqiqatlar yaddaş prosesinin molekulyar mexanizmləri haqqında yeni biliklərin toplanmasına imkan verir.
Fiziologiya İnstitutunun rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ənənəvi olaraq uzunömürlülər diyarı sayılır. Ötən əsrin sonlarından başlayaraq Azərbaycanda uzunömürlülük indeksi yüksək olan populyasiyalarda aparılan kompleks biotibbi tədqiqatların nəticələri əsasında ölkənin ayrı-ayrı rayonlarında “təbii uzunömürlülük ocaqlarının” olması aşkar edilib. Bu rayonlarda bir sıra təbii-ekoloji və digər amillərin qarşılıqlı əlaqəsi nəticəsində yerli əhali arasında təbii-tarixi olaraq uzunömürlük fenomeni müşahidə edilir.

“Bizim herontoloji aradışdırmalarımız göstərir ki, Qafqaz xalqları arasında ən yüksək uzunömürlülük indekslərindən biri tarixən Qarabağda rast gəlinir. Cənub bölgəsində uzunömürlülərin populyasiya-genetik, sosial bioloji və fizioloji xüsusiyyətlərinin müqayisəli tədqiqi üzrə işlərimiz davam etdirilir”, - deyə Ulduz Həşimova fikrini yekunlaşdırıb.

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

- Kibertəhlükəsizliyimiz hansı səviyyədədir?
17:08 11.02.2025
Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşdü
16:37 11.02.2025
"Makron və Mask arasındakı münasibətlər pisləşib"
16:23 11.02.2025
"Best Beef" nişanlı " Ocaq" sosislərinin satışı qadağan olundu
16:19 11.02.2025
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqləndi
16:09 11.02.2025
Metro stansiyalarına yeni adlar veriləcək
16:07 11.02.2025
"USAID Serbiya prezidentinin devrilməsini maliyyələşdirib"
15:27 11.02.2025
“Azərpoçt” Kiberdələduzların növbəti fırıldağı ilə bağlı vətəndaşlara müraciət etdi
15:13 11.02.2025
Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyini intiharla hədələyir
15:09 11.02.2025
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı son məlumat
14:52 11.02.2025
Saxta xərçəng dərmanı istehsal edən qruplaşma zərərsizləşdirildi
13:52 11.02.2025
Rəqəmsal manatdan kimlər istifadə edəcək?
13:24 11.02.2025
"Fərhadın heykəli" bərpa olunacaq
13:05 11.02.2025
Rusiyanın Ukraynaya hücum etdi-Polşa qırıcıları havaya qalxdı
12:52 11.02.2025
"Rəqəmsal Məktəb"in hansı üstünlükləri var?
12:31 11.02.2025
ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar?
12:25 11.02.2025
Dünyanın “qırmızı mirvarisi” Narın insan beyninə faydaları
12:22 11.02.2025
Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edir
12:02 11.02.2025
"Ukrayna-Rusiya müharibəsi Münhen konfransının əsas mövzusu olacaq"
11:45 11.02.2025
"2024 -cü ildə Özünüməşğulluq proqramından 2 500 gənc faydalanıb"
11:24 11.02.2025
İlham Əliyev Məsud Pezeşkian və Xameneyiyə təbrik məktubu ünvanlayıb
11:01 11.02.2025
ABŞ-nin Moskvadakı səfiri Rusiya XİN-ə çağrılıb
10:46 11.02.2025
"Paşinyanın müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır"
10:39 11.02.2025
Əfqanıstanda terror aktı baş tutub
10:36 11.02.2025
Pensiyalar 2 aylıq artımlarla ödənildi
10:35 11.02.2025
USAİD "Hizbullah" a humanitar yardım göndərib?
09:05 11.02.2025
Azərbaycanda əfv gözlənilir
08:46 11.02.2025
Azərbaycan neftinin qiyməti 78 dollara çatdı
08:42 11.02.2025
"Liverpul" və "Mançester Yunayted" Xavi Simons uğrunda mübarizə aparır
07:05 11.02.2025
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilir
06:09 11.02.2025
Tramp indi də İordaniya və Misiri hədələdi
06:06 11.02.2025
ABŞ-də hava limanında iki təyyarə toqquşdu
05:56 11.02.2025
“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi
05:40 11.02.2025
İlon Maskla "OpenAİ" arasında nə baş verir?
00:55 11.02.2025
Malıbəyli və Quşçular qətliamından 33 il ötür
00:01 11.02.2025
Suriya qüvvələri Rusiya ordusunun bazaya girişinə icazə vermədi
21:41 10.02.2025
İsrail Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
21:38 10.02.2025
ÜST COVID-19 ilə bağlı yeni təhlükəli virus barədə xəbərdarlıq etdi
20:50 10.02.2025
"Azərbaycan-İran əməkdaşlığı yeni yaranan reallıqlar fonunda müsbət dinamika qazanıb"
20:01 10.02.2025
Fırıldaqçılar özlərini İtaliyanın müdafiə naziri kimi təqdim edib, pul yığıblar
17:11 10.02.2025
Hamısı