İranın Baş prokurorunun müavini Qolam Abbas Torki ölkəmizdə işgüzar səfərdədir

Cəmiyyət 18:17 02.04.2024

İran İslam Respublikası Baş prokurorunun ədliyyə, ictimai hüquq və cinayətlərin qarşısının alınması üzrə müavini Qolam Abbas Torkinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Ednews xəbər verir ki, aprelin 2-də nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində dövlətlərarası əlaqələrimizin bir çox sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran prokurorluqları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edən Baş prokuror ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Kamran Əliyev ötən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını törətmiş şəxsin müvafiq cəzaya məhkum edilməsi ilə bağlı İranın hüquq mühafizə orqanlarının obyektiv qərarının təqdirəlayiq olduğunu bildirib.

Qolam Abbas Torki qonaqpərvirliyə və qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbəsi, həmçinin 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın azad olunması münasibətilə təbriklərini ifadə edib.

Baş prokurorun müavini ölkəmizdə keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.

Kamran Əliyev təbriklərə görə təşəkkürünü bildirərək dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını qeyd edib.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

"Azərbaycan inkişaf edən, gələcəyi parlaq ölkədir"
23:51 19.07.2025
Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib
23:27 19.07.2025
Hollivud “Hattuşalı Adama” Qapılarını Açır
22:51 19.07.2025
Britaniya yeni qırıcı təyyarə yaradır
22:24 19.07.2025
Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışdı
21:55 19.07.2025
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır"
21:33 19.07.2025
Avstraliya Ukraynaya "Abrams" tankları verdi
21:24 19.07.2025
"Biz xarici investorları enerji sektoruna cəlb edirik"
21:04 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib
20:58 19.07.2025
İranda ardıcıl ikinci güclü partlayış baş verdi
20:51 19.07.2025
"İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"
20:47 19.07.2025
"Azərbaycanı tənqid edənlərin xarici borcu ÜDM-in 100 %-i qədərdir və ondan da artıqdır"
20:39 19.07.2025
"Biz enerji siyasətimizi heç vaxt siyasiləşdirməmişik"
20:34 19.07.2025
ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?
20:29 19.07.2025
"Azərbaycanın gələcəyə dair aydın baxışı var"
20:16 19.07.2025
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
20:01 19.07.2025
Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?
19:51 19.07.2025
Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?
19:21 19.07.2025
Kiçik meyvənin böyük möcüzələri -Zeytunun daha əvvəl bilmədiyimiz faydaları
18:59 19.07.2025
"Genius" kriptovalyuta bazarında nələri dəyişəcək?
18:26 19.07.2025
“Visa” və “Mastercard”a qarşı araşdırmalar başladı
17:52 19.07.2025
Ağız qoxusunun əsl səbəbi bilindi
17:39 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb
17:15 19.07.2025
"Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar"
17:02 19.07.2025
22 yaşlı qız döyülərək öldürüldü
16:55 19.07.2025
Hizbullah ABŞ-la razılaşmanın şərtlərini açıqladı
16:49 19.07.2025
"Ukraynanı dəstəkləməyə davam edəcəyik"
16:20 19.07.2025
"Hədəf Türkiyədir" -Suriyalı siyasi ekspert danışdı
15:56 19.07.2025
Pentaqon Microsoft-Çin əlaqəsini araşdıracaq
15:22 19.07.2025
İrəvan sərhəd məntəqəsinə Tələt Paşanın adının verilməsinə reaksiya verdi
14:52 19.07.2025
Aİ Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya vəsait ayıracaq
14:21 19.07.2025
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb
13:59 19.07.2025
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
13:45 19.07.2025
Avropa İttifaqının 18-ci sanksiyalar paketi qüvvəyə mindi
13:30 19.07.2025
Suriyanın Prezidenti Es-Süveydada atəşkəs elan edib
12:54 19.07.2025
Tramp hansı "möcüzə"dən danışır? -Ekspert Rəyi
12:22 19.07.2025
"Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib
12:06 19.07.2025
“Yeni yaşayış məntəqələrində əhalinin rifahı və təhlükəsizliyi təmin olunur” -Deputat Qarabağa qayıdışdan danışdı
11:51 19.07.2025
"Arsenal" yeni transferini elan etdi
11:14 19.07.2025
Castin Biberin borcunu həyat yoldaşı ödəyəcək?
10:41 19.07.2025
Hamısı