İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları müəyyənləşib

Cəmiyyət 22:00 14.06.2024

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları və onların xüsusi hallarda təhsil müəssisələrində saxlanılma şərtləri müəyyənləşib.

Ednews xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 15-ci hissə əlavə olunub.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na uyğun olaraq xüsusi ümumtəhsil məktəblərində və internat tipli ümumi təhsil müəssisələrində şagirdlər tam və ya qismən (yataqxana və qida ilə təminat) dövlət təminatında saxlanılırlar və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər və qaydalar üzrə qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar.

- İnternat tipli ümumi təhsil müəssisələrini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli ümumi təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş məbləğdə birdəfəlik pul vəsaiti verilir.

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsi ayrılanadək, qida ilə təmin edilməklə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində qala bilərlər.

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin məzunları istehsalatda işləməyə gedərkən istehsalat təlimi dövründə 6 (altı) ay, xroniki xəstəlikləri olanlar isə yaşayış sahəsi olmadıqda 1 (bir) il müddətinə həmin məktəbdə saxlanıla bilərlər. Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların yetkinlik yaşına çatana qədər bu məktəblərdə qalmasına icazə verilir.

- Yay tətili müddətində bu və ya digər səbəblərlə əlaqədar evə aparılmayan uşaqlar üçün həmin müəssisələrdə yay-istirahət düşərgəsi təşkil olunur. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, ərazi üzrə dövlət təhsil və tibb müəssisələri tərəfindən internat tipli ümumi təhsil müəssisələrinin rəhbərliyinə müvafiq kömək göstərilir.
15.6. Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə əsasən evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların valideynin (yaxud digər qanuni nümayəndənin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.

- İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdləri həmin müəssisələrin yataqxanasında qalırlar. Uşaqların ailədə yaşamaq hüququnun təmin olunması məqsədilə (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması mümkündürsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən müəssisənin bəzi şagirdlərinə dərslər bitdikdən və ya axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya digər qanuni nümayəndənin nəzarəti olmadan müstəqil surətdə evə gedibgəlməsinə icazə verilmir.

- İnternat tipli sanator ümumi təhsil müəssisələrində təlimtərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirləri də həyata keçirilir.

- İnternat tipli sanator ümumtəhsil məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil məktəblərinin verdiyi sənədlərə əsasən əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.

İlyas Hüseynov: "COP29 erməniləri ciddi narahat edir" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanın Avropa İttifaqının təbii qaz bazarındakı payı 7 %-ə çatıb
15:40 18.06.2024
Azərbaycan və Qazaxıstanın Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırdığı investisiyaların həcmi açıqlanıb
15:20 18.06.2024
Böyük Britaniyadan Yaşıl Enerji sahəsində böyük uğur
Böyük Britaniyadan Yaşıl Enerji sahəsində böyük uğur
15:00 18.06.2024
Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı
14:40 18.06.2024
Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək
14:20 18.06.2024
Yaponiyada ölümcül infeksiyada rekord artım: Növbəti pandemiya başlayır?
Yaponiyada ölümcül infeksiyada rekord artım: Növbəti pandemiya başlayır?
14:00 18.06.2024
İrəvanda Rusiya bayrağını və gerbini sökdülər
İrəvanda Rusiya bayrağını və gerbini sökdülər
13:40 18.06.2024
Sabahın hava proqnozu açıqlanıb
13:20 18.06.2024
Rusiya sualtı qayığı Şotlandiya sahillərində görünüb
Rusiya sualtı qayığı Şotlandiya sahillərində görünüb
13:00 18.06.2024
Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb
12:45 18.06.2024
Süni intellekt qaz qiymətlərinin artmasına səbəb olub - SƏBƏB
Süni intellekt qaz qiymətlərinin artmasına səbəb olub - SƏBƏB
12:30 18.06.2024
Türkiyə ordusu İraqın şimalında daha üç terrorçunu öldürüb
12:15 18.06.2024
AB-nin yeni administrasiyası: Ursula fon der Leyen vəzifəsini davam etdirəcəkmi?
AB-nin yeni administrasiyası: Ursula fon der Leyen vəzifəsini davam etdirəcəkmi?
12:00 18.06.2024
Ermənistan və Fransa CAESAR haubitsalarının tədarükünə dair müqavilə imzalayıb
11:45 18.06.2024
İsrail müxalifətinin liderindən Netanyahuya SƏRT SÖZLƏR
İsrail müxalifətinin liderindən Netanyahuya SƏRT SÖZLƏR
11:30 18.06.2024
Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb
11:15 18.06.2024
Ukrayna əsgərləri Fransada təlim keçir
Ukrayna əsgərləri Fransada təlim keçir
11:00 18.06.2024
Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb
Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb
10:40 18.06.2024
Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti fəaliyyətə BAŞLADI
10:20 18.06.2024
ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib
ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib
10:00 18.06.2024
UNRWA talks on 'highest death toll in UN history' with 193 staff killed
09:54 18.06.2024
Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunub
09:40 18.06.2024
Türkiyə Rusiyaya "Krokus"dan sonra ikinci terror aktının qarşısını almağa kömək edib
09:20 18.06.2024
KİV: ABŞ 18 milyard dollara İsrailə F-15-lər və silahlar satmağı planlaşdırır
09:00 18.06.2024
Orta Dəhliz vasitəsilə Aktau limanında konteyner yüklərinin daşınması iki dəfə artıb
00:02 18.06.2024
Avropa limanlarında 6 ay ərzində on ton kokain ələ keçirilib
23:34 17.06.2024
Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub
23:00 17.06.2024
Kreml: Putin və Ərdoğan Astanada ŞƏT sammiti çərçivəsində görüşə bilər
22:30 17.06.2024
Ölkədə əhalinin ən çox təbii artımı Cəlilabadda qeydə alınıb
21:58 17.06.2024
Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib
21:29 17.06.2024
Dövlət Departamenti: Ermənistanın KTMT-dən çıxması ilə bağlı özü qərar verməlidir
21:00 17.06.2024
Paşinyan öz istefası ilə bağlı parlamentin iclasında iştirak etməyəcək
20:35 17.06.2024
İsrail generalı: Rəfahda hərbi əməliyyatlar HƏMAS məhv edilənə qədər davam edəcək
20:00 17.06.2024
Türkiyəli deputat: Azərbaycan-Türkiyə qardaşlığı TDT-nin gücünə güc qatır
19:31 17.06.2024
Paşinyan: Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan referendum keçirməlidir
18:53 17.06.2024
Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb
18:29 17.06.2024
Baş nazir: Gürcüstan parlamentinin heç bir üzvü ABŞ-dan viza məhdudiyyətləri ilə bağlı bildiriş almayıb
17:46 17.06.2024
Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
17:20 17.06.2024
Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər
16:44 17.06.2024
Çexiyada poliqonda partlayış olub, doqquz hərbçi yaralanıb
16:33 17.06.2024
Hamısı