Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. məlumat yayıb.
Ümumilikdə, 39 xəbər portalı qaliblər siyahısında yer alıb. Onlardan 33-ü ictimai-siyasi, 6-sı isə idman məzmunlu saytlardır.